Xəbər lenti

Tanınmış alimin ölümü ilə bağlı məhkəmə: Barışıq üçün pul təklif edildi
Ölkə 10:47 28.08.2025

Tanınmış alimin ölümü ilə bağlı məhkəmə: Barışıq üçün pul təklif edildi

Alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim Azər Maqsudovun məhkəmə prosesi keçirilib.

"Report" un məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkən tərəf iclasda iştirak edə bilməyəcəyi barədə ərizə göndərib. 

Azər Maqsudovun vəkili Musa Abdinov deyib ki, qarşı tərəfə barışıq təklif olunub:

"Biz barışıq üçün pul təklif etmişik. Müəyyən müddətə aylıq ödəniş ediləcəyini də bildirimişik. Hazırda onlardan cavab gözləyirik. Zərərçəkənlərlə barışmaq üçün cəhdləri davam etdiririk".

Azər Maqsudov deyib ki, qarşı tərəflə barışığa hazırdır. O da zərərçəkən tərəfdən bununla bağlı cavab gözlədiyini deyib.

Növbəti iclas sentybarın 8-nə kimi təxirə salınıb. 

Xatırladaq ki, qəza 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində baş verib.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->