Xəbər lenti

Tanınmış aparıcı: "Bütün Bakı evlilik təklifi edir, ancaq içində bir fərlisi yoxdur"
Maqazin08:57 24.08.2017

Tanınmış aparıcı: "Bütün Bakı evlilik təklifi edir, ancaq içində bir fərlisi yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hər kəsin həyəcanla gözlədiyi “Kopenhagen” -“Qarabağ” qarşılaşmasından əvvəl azarkeşlər maraqlı jestlər edib, komandamızın qələbəsilə bağlı vədlər verirdilər.

Onlardan biri də tanınmış aktrisa, teleaparıcı Mələk Heydərova idi. O bildirmişdi ki, “Qarabağ” udsa, ərə gedəcək.

Oyundan sonra hamı ona bu sualı ünvanladı: Vədinə əməl edəcəkmi?

"Qaynarinfo" xəbər verir ki, M.Heydərova mətbuat.az-a açıqlamasında bildirib ki, sevdiyi yoxdur, ancaq dünəndən xeyli insan ona evlənmək təklifi edib: “Dünəndən bütün Bakı mənə evlilik təklifi edir. Ancaq içində bir fərlisi yoxdur. Hələ baxıram, kim xoşuma gəlsə, ürəkli olsa, yaxşı addım atsa, ən bahalı brilliant alsa, ona da gedəcəm”.

Qaynarinfo.Az