Xəbər lenti

Tanınmış gənclər hansı kitabları oxuyur? - AÇIQLAMALAR
Sənət08:32 17.10.2016

Tanınmış gənclər hansı kitabları oxuyur? - AÇIQLAMALAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son vaxtlar Azərbaycanda gənclərin kitaba marağı qismən də olsa artmaqdadır. Bütün dünyada təhsilə meyilli gənclər, istirahət günlərini kitab oxumaq üçün fürsət bilirlər. Bəs görəsən bizim tanınmış gənclər il ərzində nə qədər və hansı kitabları oxuyur?

YAP-ın Gənclər Birliyinin sədri Seymur Orucov ən son Dostoyevskinin "Cinayət və Cəza" əsərini oxuduğunu bildirib: "İl ərzində 4-5 kitab oxuyuram. Xüsusilə də siyasi mövzularda, dünya siyasətilə bağlı kitabları oxumağa üstünlük verirəm. Yerli yazarlarda Elxan Elatlının əsərlərini oxuyuram". 

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli  il ərzində neçə kitab oxuduğumu dəqiq bilmədiyini deyib: "Bu asudə vaxta uyğun olur. Amma hazırda Xədicə İsmayılın tərcümə etdiyi "Cakaranda ağacının uşaqları" kitabını oxuyuram.

Müsavat Gənclər təşkilatının sədri Əbülfəz Sadıqbəyli deyib ki, axırıncı dəfə Zümrüd Yağmurun “Ölkə adı: 22” romanını oxuyub: "İl ərzində ən azı 3-4 kitab oxuyuram. Gənc yazarlardan isə Dilqəm Əhmədi oxuyuram".

N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Məcid Mərcanlı qeyd edir ki, hazırda oxuduğu kitab Alman yazar Lion Feuchtvangerin əsəridir:"İl ərzində təqribən 30 kitab oxuyuram. Bəzi əsərləri internet üzərindən oxuyuram. Yerli yazarlardan Seymur Baycanı oxuyuram. Onun yaradıcılığını izləyirəm. Eyni zamanda Nərmin Kamal və Qan Turalını oxuyuram".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az