Xəbər lenti

Tanınmış hüquq müdafiəçisi həbs olundu
Siyasət11:08 24.02.2015

Tanınmış hüquq müdafiəçisi həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hüquq müdafiəçisi, sabiq vicdan məhbusu Taleh Xasməmmədov bu gün səhər saatlarında həbs olunub. 

Bu barədə Arqument.az-a T.Xasməmmədovun anası Gülbuta Xasməmmədova məlumat verib. 

O, bildirib ki, oğlu ilə səhər saatlarında Göyçay bazarının yaxınlığındakı mebel salonuna daxil olarkən bir nəfər onlara yaxınlaşıb və Talehin üzünə tüpürüb: 

"Taleh ondan niyə belə etdiyi soruşanda yerə yıxılaraq qışqırmağa başlayıb və özünü huşsuzluğa vurub. Yaxındakı polislər Talehi həbs ediblər. Şahidlərdən biri Talehin günahsız olduğunu dedikdə polis onu da şöbəyə aparıblar".

Qeyd edək ki, Taleh Xasməmmədov Göyçayda baş verənlərlə bağlı tez-tez mətbuatda tənqidi çıxışlar edib. 

Ötən gün isə o, Gəncədəki Cəzaçəkmə Müəssisəsində məhbusun intihar edəcəyi ilə bağlı məlumat yayıb. 

Qaynar.info