Xəbər lenti

Tanınmış hüquq müdafiəçisi həbs olundu 3 ay - FOTOLAR-YENİLƏNİB
Ölkə14:29 08.08.2014

Tanınmış hüquq müdafiəçisi həbs olundu 3 ay - FOTOLAR-YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İntiqam Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib

Nəsimi Rayon Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində qərar çıxarıb.

Vəkil Anar Qasımlı APA-ya bildirib ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

18:53

Musavat.com əməkdaşının verdiyi xəbərə görə, hazırda hüquqşünasın məhkəməsi davam edir. 

Məhkəmə binasının önündə çoxlu media nümayəndələri və hüquq müdafiəçiləri var. 

İ.Əliyevin vəkil məhkəmə binasından bayıra çıxaraq hakimin müşavirə otağına yollandığını bildirib. 

Prosesin 1 saata yekunlaşacağı gözlənilir.

***
12:53

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.

Bu barədə "Azadlıq" radiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib. 

O, deyib: "Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar".

Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.

Qeyd edək ki, bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.

***

12:15

Tanınmış hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev saxlanılıb. 

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumatı rəsmi mənbələrdən dəqiqləşdirməyə çalışırıq.

Qaynar.info