Xəbər lenti

Tanınmış icmalçı yeni QHT təsis etdi
Ölkə10:10 25.11.2016

Tanınmış icmalçı yeni QHT təsis etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

7News.az xəbər verir ki, ölkədə "Qlobal araşdırmalar liqası” İctimai Birliyi (QALİB) adı ilə yeni QHT təsis edilib.

Bu barədə saytımıza təşkilatın təsisçisi və sədri, icmalçı Azər Verdiyev özü məlumat verib. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün bütün mümkün imkanların yaradıldığını deyən A.Verdiyev bu sahədə daha sistematik fəaliyyətin vacibliyini vurğuladı: ""Qlobal araşdırmalar liqası” İctimai Birliyinin əsas məqsədi ölkəmizdə, regionda və dünyada baş verən sosial, iqtisadi və mədəni proseslərə münasibət bildirməkdən, müxtəlif sahələr üzrə təhlillər aparmaqdan, eyni zamanda, müxtəlif istiqamətlər üzrə sorğular keçirməkdən ibarətdir. Azərbaycanda dünyada vətəndaş cəmiyyətinin inkişafına müsbət şərait yaradaq, demokratik dəyərlərə sadiq az sayda olan dövlətlərdəndir. Təşkilatın bütün hüquqi sənədləşməsi demək olar ki, hazırdır. Yaxın vaxtlarda müvafiq sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edəcəyik".

Qaynarinfo.Az