Xəbər lenti

Tanınmış müğənnimiz qohumu ilə evləndi (FOTOLAR)
Maqazin05:32 16.04.2019

Tanınmış müğənnimiz qohumu ilə evləndi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün azərbaycanlı müğənni Əhməd Mustafayevin toyu olub. 
İfaçı Səbinə adlı xanımla nikah masasına əyləşib. Paytaxt məkanlarının birində keçirilən toya Əhmədin yaxın dostları qatılıb. 
Gecəyə dəvət olunan məşhurlar musiqi hədiyyələrini təqdim edib və oynayıblar. Ən yadda qalan məqamlardan biri isə bəyin xanımına mahnı oxuması olub.
Qeyd edək ki, Əhməd öz əmisi qızı ilə evlənib. Cütlüyün nişanı ötən il olmuşdu. (Lent.az)