Xəbər lenti

Tanınmış şirkət FHN-ni məhkəməyə verdi
Ekonomiks13:13 08.02.2024

Tanınmış şirkət FHN-ni məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətinin Tibb Mərkəzi məhkəməyə verilib. 
Qaynarinfo xəbər verir ki, məhkəmə çəkişməsinin səbəbi alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.
FHN-nin tibbi mərkəzini məhkəməyə "VİTTA Elmi-Texniki Şirkəti" verib. 
İçə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq. 
"VİTTA Elmi-Texniki Şirkəti" 1991-ci ilin may ayında təsis edilib. Şirkət informasiya sistemlərinin, telekommunikasiya, kompüter və tibbi avadanlıqların layihələndirilməsi və istehsalı ilə məşğul olur. 
Şirkətin sahibi və baş direktoru Kamil Quliyevdir. 
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətinin Tibb Mərkəzi haqqında qalmaqallı yazılar dərc edilib. 
Günay