"Sumqayıt" Futbol Akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Sabir Əliyev vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Azərbaycan futboluna neçə-neçə tanınmış adların bəxş edilməsində, istedadlı futbolçuların tapılıb üzə çıxarılmasında böyük xidmətləri olan Əliyev uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.
Səbuhi Həsənov