Xəbər lenti

Tanınmış türk müğənni vəfat etdi
Sənət13:14 12.01.2023

Tanınmış türk müğənni vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin xalq musiqi ifaçısı Burhan Çaçan 62 yaşında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd olunub ki, o, İstanbulun Florya rayonundakı evində ürək tutmasından vəfat edib.
Qeyd edək ki, B.Çaçan 1960-cı il oktyabrın 17-də Türkiyənin Ağrı əyalətinin Eleşkirt rayonunda anadan olub. 1978-ci ildə "TRT Ərzurum" radiosunun keçirdiyi müsabiqənin qalibi olub. Bundan sonra Ankaraya, oradan isə İstanbula gedib. 1981-ci ildə ilk musiqi albomunu buraxıb. Həmin albomda "Səfa gəldin”, "Mən yarıma nələr alayım?”, "İpək yaylıq”, "Ayaz gecələr”, "Yağ yağmur” və "Vurun dalğalar” adlı mahnılar yer alıb.