
Azərbaycan Tibb Universitetində prorektor işdən çıxıb.
"Qaynarinfo"nun publika.az-a istinadən məlumata görə, universitetin İnzibati - təsərrüfat işləri üzrə prorektoru Aydın Vəliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Universitetdən bildirilib ki, A.Vəliyevin yerinə Tağı Əhmədzadə təyin edilib. A.Vəliyev 2013-cü ildən bu vəzifədə çalışıb.
Qaynarinfo.Az