Xəbər lenti

Tankçılarımız “Tank biatlonu” müsabiqəsində finala yüksəldi
Siyasət10:43 02.09.2021

Tankçılarımız “Tank biatlonu” müsabiqəsində finala yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində "Tank biatlonu" müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, yarmfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib.
Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.
Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.