Xəbər lenti

Tarixin ən böyük film qəhrəmanının adı açıqlandı
Sənət11:55 12.06.2020

Tarixin ən böyük film qəhrəmanının adı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Empire” jurnalının oxucuları tarixin ən böyük film personajının adını müəyyən ediblər. Onların fikrincə, bu ad Harrison Fordun eyni adlı franşizasından olan İndiana Consdur.
Qaynarinfo xəbər verir ki, ikinci yerdə Siqurni Viverin "Özgə” filmində canlandırdığı Ellen Repli obrazı yer alıb. Üçüncü yerdə Marvel silsiləsinə həsr olunmuş filmlərdə Robert Joni Dauni (kiçik) tərəfindən oynanılan Dəmir Adamdır.
Eləcə də ən böyük qəhrəmanların ilk onluğunun tərkibinə "Ulduz savaşları” filmindən Kapitan Amerika, Lük Skayuoker, Şahzadə Leya və Betmən, Supermən, Qara Bəbir də daxil olub.
Qeyd edək ki, Harrison Fordun indi 77 yaşı var, onu gənc adlandırmaq çətindir, amma o, real həyatda "qəhrəmanlıqlar" göstərməyə davam edir. Bu il o, şəxsi təyyarəsi ilə aerodromdan qalxarkən dispetçerlərin siqnallarını səhv başa düşərək təyyarə qəzasına səbəb olub.
Alpər