Xəbər lenti

Tarkandan Xocalı sayğısı
Ölkə10:31 23.02.2013

Tarkandan Xocalı sayğısı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türk sənətçisi Tarkanın fevralda ayında Bakıda və Qəbələdə nəzərdə tutulan konsertlərinin təxirə salınmasının səbəbləri açıqlanıb.

Konsertin təşkilatçısı Nahid Emiloğlu açıqlamasında, konsertlərin tarixlərinin Xocalı faciəsinin ildönümünə təsadüf etdiyindən başqa tarixə keçirildiyini bildirib: “Fevralın 20-dən 29-dək Xocalı günləri elan olunduğuna görə Tarkanın konsertini təxirə salmaq qərarına gəldik. Tarkan özü də bu ərəfədə konsert vermək istəmədi. “Buna məcbur deyilik. Bu qədər gözləmişiksə, konsert normal bir vaxtda olsun”, -dedi. Bir sözlə, aramızda heç bir anlaşılmazlıq olmadı”.

Qeyd edək ki, hər iki konsertdə Tarkan köhnə və yeni mahnıları ilə yanaşı, musiqisi bəstəkar Kamala, sözləri isə Baba Vəziroğluna məxsus olan “Səndən nigaranam” mahnısını da oxuyacaq. Bu mahnını Tarkan artıq öz yeni albomuna daxil edib./Anspress/