Xəbər lenti

Tatul Akopyan xunta liderlərinə müraciət etdi: “Azərbaycanla danışıqlara başlayın”
Siyasət07:04 20.09.2023

Tatul Akopyan xunta liderlərinə müraciət etdi: “Azərbaycanla danışıqlara başlayın”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağlı radikal jurnalist Tatul Akopyan Xankəndindəki qeyri-qanuni xunta liderlərinə müraciət edərək Azərbaycan hakimiyyəti ilə razılaşma tələb edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb.
"Qarabağdan aldığım məlumata görə, Azərbaycan hərbçiləri müdafiə xəttini yarıb Martuni (Xocavənd - red.) və Əsgəran istiqamətində irəliləyiblər. "Müdafiə ordusu” qanlı, qeyri-bərabər döyüşlər aparır.
Hörmətli Ermənistan və Qarabağ hakimiyyəti, danışıqla Xankəndiyə girin və soydaşlarımızı xilas edin, qərar verməkdən çəkinməyin.
Gedin Azərbaycanla danışıqlara başlayın”, – jurnalist yazır.
Alpər