Ağacoyma sənəti ölkəmizdə qədim dövrlərdən bəri rəğbət görən sahələrdən biridir. Bu iş xeyli zəhmətli, bacarıq tələb edən, öyrənilməsi çətin peşədir.
Qaynar TV-nin budəfəki müsahibi Cəlal Bağırov da işinin ustasıdır. 19 ildir bu işlə məşğul olan usta bəzi əl işlərini hazırlamaq üçün günlərini həsr edir. Deyir ağaclar da insanlar kimidi. Sərti var, yumşağı var...
...Onun əl işlərinin qiymətləri təxminən 1200 manatdan başlayır. Ağacoyma ustasının əl işləri heyrətamiz olmaqla yanaşı, estetik cəhətdən də göz oxşayır. Bunların arasında heyvan təsvirləri yer alan əl ağacları, taxta üzərində heykəl düzəltmək kimi maraqlı nümunələr var.