Dünya 16:45 26.11.2023

Taylandda toyda bəy gəlin də daxil olmaqla 4 nəfəri öldürdü

Taylandda bəy toy zamanı gəlin də daxil olmaqla 4 nəfəri güllələləyib və özü intihar edib.

Qayanrifno "Bangkok Post"a istinadən xəbər ki, hadisə Taylandın Nakhon Ratçaşima şəhərindəki toyda baş verib.

Toyda 29 yaşlı bəy Çaturonq Suksuk naməlum səbəbdən avtomobilindən götürdüyü silahla 44 yaşlı gəlin Kançana Paçuntuek, gəlinin anasını, bacısını və daha bir nəfəri güllələyib.

Daha bir nəfəri ağır yaralayan bəy daha sonra eyni silahla intihar edib.

Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.

Aydın