Xəbər lenti

TDT liderlərinin zirvə görüşü başlayır - İlham Əliyev iştirak edəcək
Siyasət05:21 10.11.2022

TDT liderlərinin zirvə görüşü başlayır - İlham Əliyev iştirak edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Birinci Zirvə görüşü keçiriləcək.
Qaynarinfo xəbər verir ki, tədbir iki gün davam edəcək.
Məlumat üçün əlavə edək ki, Türk Dövlətləri Təşkilatı liderlərinin Birinci Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.