Xəbər lenti

TDT-nin xarici işlər nazirlərinin növbəti görüşünün tarixi məlum oldu
Siyasət17:35 15.10.2022

TDT-nin xarici işlər nazirlərinin növbəti görüşünün tarixi məlum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin xarici işlər nazirləri Şurasının növbəti toplantısının tarixi məlum olub.
Qaynarinfo xəbər verir ki, tarixi Dolmabahçe Sarayında keçiriləcək iclas oktyabrın 17-də yerli vaxtla 13:00-da başlayacaq.
İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın xarici işlər nazirləri iştirak edəcək. Təşkilata müşahidəçi qismində üzv olan Macarıstan və Türkmənistanın XİN başçılarının da iclasda iştirakı gözlənilir.
Qeyd edək ki, görüş TDT-nin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Zirvə sammitinə hazırlıq məqsədi daşıyır.