Xəbər lenti

Təcili! Sərkisyan bu gün Qarabağa gəlir
Siyasət10:51 22.06.2016

Təcili! Sərkisyan bu gün Qarabağa gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan prezidenti Serj Sərkisyan  bu gün iyunun 22-də Dağlıq Qarabağa gələcək. Virtualaz.org xəbər verir ki, bu haqda “İnterfaks” diplomatik mənbəyə istinadən bildirir. Mənbə deyib ki, Sərkisyan tanınmayan “DQR”in rəhbərliyi ilə görüşəcək və işğal altındakı ərazilərin rayonlarına baş çəkəcək.
Virtualaz.org ehtimal edir ki, Sərkisyanın prezidentlərin Sankt-Peterburq görüşünün ardınca Qarabağa gəlməsi orada müzakirə edilən məsələlərlə bağlı qondarma “DQR” rəhbərliyini məlumatlandırmaq, habelə Putinin vasitəçiliyi ilə müzakirə edilən sülh planına dair məqamları yerində araşdırmaq məqsədi daşıya bilər.
Bundan əvvəl Azərbaycan prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Sankt-Peterburqda prezidentlərin münaqişənin mərhələli həlli istiqamətində irəliləmək barədə razılığa gəldiklərini açıqlamışdı.
Qaynarinfo.az