Moskvada yaşayan 75 yaşlı azərbaycanlı aktrisa Larisa Xələfova insult keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Aktyorlar Agentliyinin rəhbəri Səbuhi Məmmədov Facebook sosial şəbəkəsində yazıb.
Məlum olub ki, insult keçirən L.Xələfova xəstəxanadadır və sağalmaq üzrədir, dostları və qohumları aktrisanın yanındadır.
Qeyd olunur ki, məlum səbəblərdən o, qeyri-müəyyən vaxta qədər tam işləyə bilməyəcək.
L.Xələfovanın bütün qayğılarının qızının üzərinə düşdüyü, aktrisanın maddi yardıma ehtiyacı olduğu vurğulanır.
Xatırladaq ki, Larisa Xələfova 1950-ci il yanvarın 29-da Bakıda anadan olub. B.V.Şukin adına Teatr Məktəbini bitirib (1972). 1972-1974-cü illərdə Sverdlovsk Dram Teatrının aktrisası, 1975-ci ildən S.Vurğun adına Azərbaycan Rus Dram Teatrının aktrisası olub.
1966-cı ildən kinoda - ilk rolu "İstintaq davam edir" filmindəki Dilarə olub; "Şir evdən getdi”, "Təhminə” (Mədinə rolu – baş qəhrəmanın dostu), "Səlibçi”, "Kamenskaya” və s. filmlərdəki rolları ilə də tanınıb.
Şərhlər