İran Ermənistana ali rütbəli hərbi müşavirlər göndərib.
Bu barədə İranın "Azad İran” "Telegram” kanalı Ermənistan KİV-nə istinadən məlumat yayıb.
Hərbi müşavirlər Ermənistan ordusunun döyüş hazırlığının yüksəldilməsi üçün bu ölkəyə göndərilib.
Yazıda həmçinin bir müddət əvvəl İrana məxsus PUA-ların Azərbaycan sərhədində uçuş həyata keçirməsi də xatırladılıb. Qeyd olunub ki, İran PUA-larının kəşfiyyat uçuşları təsadüfi deyil, məqsədyönlü xarakter daşıyır. Belə ki, bununla İran Naxçıvanda keçirilən təlimlər və Azərbaycan ordusunun Qarabağdakı bölmələrinin yerdəyişmələri barədə Ermənistana məlumat ötürür.
<iframe id="telegram-post-AzadIranTelegram-217" src="https://t.me/AzadIranTelegram/217?embed=1" width="100%" height="" frameborder="0" scrolling="no" style="max-width: 100%; overflow: hidden; border-width: initial; border-style: none; min-width: 320px; height: 1332px;">