Xəbər lenti

Tehran “Hüseyniyyun” qruplaşmasının üzvlərini niyə azad etdi? - Ekspert
Siyasət10:14 04.05.2023

Tehran “Hüseyniyyun” qruplaşmasının üzvlərini niyə azad etdi? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İran Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. İran rejiminin "Hüseyniyyun” qruplaşmasına aid iki nəfər azərbaycanlını saxlamaqda məqsədi heç də onları Azərbaycana təhvil vermək olmayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov İranın bir müddət əvvəl saxladığı "Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovu azad etməsinə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, İran heç zaman öz adamlarını xarici dövlətə təhvil vermir:
"Tehran bu iki şəxs də daxil onlarla azərbaycanlıdan dövlətimizə qarşı istifadə edib və gələcəkdə də istifadə etmək üçün belələrindən yararlanmaq fikrindədir. İran onları təhvil versəydi, Azərbaycana qarşı istifadə etməyə qüvvə tapa bilməz, yaxud da əlinin altındakı cəsuslar Tehrandan üz döndərərdilər. Ona görə də onların Azərbaycana təhvil verilməsi gözlənilmirdi. Azərbaycan mətbuatında yazılanlara görə, Tehran Bakı ilə münasibətləri yaxşılaşdırmaq üçün həmin iki şəxsi həbs edib. Amma belə deyil. Azərbaycanla münasibətləri yaxşılaşdırmaq istəyən Tehran öncə Azərbaycan səfirliyinə qarşı törədilən terroru hazırlayan şəxsləri ortaya çıxarmalıdır”. 
Həmsöhbətimizə görə, İran rejimi həmin iki şəxsi Azərbaycanla bağlı olmayan, yaxud da dolayısı ilə bağlı səbəblərdən tutub, sonra buraxıb:
"Güman ki, cənub ölkəsinin xüsusi xidmət orqanları Azərbaycanla birlikdə, yaxud da başqa digər dövlətlə birlikdə İrana qarşı işləməkdə şübhələndiyindən bu iki şəxsi saxlayıb. Amma şübhələrin əsassız olması fonunda onları buraxırlar. Bu şəxslərin Azərbaycanla münasibətlərin yumşaldılması üçün həbs edildiyini düşünənlər yanılıblar. İran Bakı ilə münasibətlərin normallaşmasında maraqlı deyil”. 
Qeyd edək ki, İran mətbuatının yazdığına görə, molla rejimi bir müddət əvvəl həbs etdiyi "Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovu Azərbaycana təhvil verməkdən imtina edib. Azərbaycan həmin şəxslərin tutularaq ölkəmizə təhvil verilməsini tələb edib. Molla rejimi onları saxlasa da, Azərbaycana verməkdən imtina edib və sərbəst buraxıb. 
Rüfət Sultan