Xəbər lenti

Tehranda kütləvi istefalar başladı: Siyahıda İranın Türkiyədəki səfiri də var
Siyasət15:52 25.11.2018

Tehranda kütləvi istefalar başladı: Siyahıda İranın Türkiyədəki səfiri də var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda təqaüdçülərin dövlət qulluğunda fəaliyət göstərməsini qadağan edən qanun layihəsinin qüvvəyə minməsi ilə ölkədə bir çox vəzifəli şəxslər istefa veriblər.
"Qafqazinfo”nun "DHA”ya istinadən verdiyi xəbərə görə, istefa verənlər arasında İranın Türkiyədəki səfiri Məhəmməd İbrahim Taherian Fard da var.
Qeyd edək ki, yeni qanunun qəbulundan sonra dünən İranda prezident Həsən Ruhaninin 10 köməkçisi və müşaviri istefa verib. 
İstefa verən prezidentin qadın köməkçisi Şahindoht Molaverdi yazılı açıqlamasında Milli Məclisin qəbul etdiyi qanun layihəsini sərt şəkildə tənqid edib. 
Bundan başqa, 31 vilayətdən 14-nün valisi də istefa verib.