Xəbər lenti

Təhsil idarəsi 16 minə bina icarəyə götürür - Birmənbə metodu ilə satınalma
phrase_var_qaynar. 14:22 04.06.2026

Təhsil idarəsi 16 minə bina icarəyə götürür - Birmənbə metodu ilə satınalma

Qarabağ Regional Təhsil İdarəsi fiziki şəxs Sadıqov Hidayət Məcid oğlu ilə satınlama müqaviləsi imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədə binaların icarəyə götürülməsi nəzərdə tutulur. 

Müqavilənin maliyyə dəyəri 16 000 manatdır. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. İcarə müddəti haqqında heç bir məlumat yoxdur. 

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlidir. O, 2024-cü ildən idarəyə rəhbərlik edir. 

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->