Ekonomiks 17:54 29.06.2022

Təhsil Nazirliyi 10 milyonluq tenderi hansı şirkətə verdi?

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Mühəndislik Tikinti Təchizat” QSC ilə satınalma müqaviləsi imzalayıb. 
 
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 9 715 140.6 AZN təşkil edən müqavilədə bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı üçün avadanlıqların alınıb-quraşdırılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd olunur ki, "Mühəndislik Tikinti Təchizat” QSC 4 iyun 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2110 AZN olan QSC-nin qanuni təmsilçisi Cəfərov Ramin Əhliman oğludur.

Açıq mənbələrdə QSC və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.

Araşdırmalarımız zamanı bəlli olub ki, Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bundan əvvəl də şirkətlə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 129 195.71 AZN təşkil edən həmin müqavilədə bir sıra təhsil müəssisələrində çirkab suyun daşınması nəzərdə tutulub. 

Ötən il isə qurumla şirkət arasında maliyyə dəyəri 4 894 049.88 AZN təşkil həmin müqavilə də bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizatı avadanlıqların alınıb-quraşdırılması ilə bağlıdır. 

Beləliklə, aydın olur ki, Təhsil Nazirliyi bir il ərzində istilik sistemləri və elektrik təchizatı avadanlıqların alınıb-quraşdırılmasına 14 milyon manata yaxın vəsait xərcləyib.

Seyid