Xəbər lenti

Tələb eşidildi: Andrey Volkov artıq etirazçıların olduğu əraziyə gəlir
Siyasət10:21 12.12.2022

Tələb eşidildi: Andrey Volkov artıq etirazçıların olduğu əraziyə gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər veridyimiz kimi bu gün səhər tezdən başlayaraq vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, ictimaiyyət nümayəndələri, tələbələr ermənilərin törətdiyi ekosid və urbusid cinayətlərinə etiraz əlamətləri olaraq Laçın-Xankəndi yolunu bağlayıb. 
Onların digər tələblərindən biri isə etirazlarını çatdırmaq üçün sülhməramlıların rəhbəri general Andrey Volkovun əraziyə gəlməsi idi.
Etiraz aksiyasında iştirak edən Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyin sədri Sevinc Fədai Qaynarinfo-ya bildirib ki, onlara verilən məlumata görə, Xankəndidə olan Andrey Volkov artıq etirazçıların olduğu əraziyə gəlir.
Günay İlqarqızı