Xəbər lenti

Telefon qovşağının rəisi bıçaqlandı - Bakıda
Ölkə15:25 03.12.2016

Telefon qovşağının rəisi bıçaqlandı - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda Telefon Qovşağının rəisi qonşusu tərəfindən bıçaqlanıb.
"Report"un Suraxanı Rayon Polis İdarəsindən (RPİ) əldə etdiyi məlumata görə hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1950-ci il təvəllüdlü İsmayılov Əyyub Əkbər oğlu qonşusu Rəşad Həsənov ilə əlbəyaxa dava edib. Daha sonra R.Həsənov Ə.İsmayılova iki bıçaq zərbəsi vurub. Ağır xəsarət alan Ə.İsmayılov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanılıb. Surxanı RPİ-nin 31-ci Polis Bölməsinin (PB) əməkdaşları R.Həsənovu tutaraq istintaqa təhvil verib.
Qeyd edək ki, Ə.İsmayılov Xəzər Rayon Telefon Qovşağının rəisi vəzifəsində çalışır.
Qaynarinfo.Az