Xəbər lenti

Telegram kanalı: “Görünür, “Artsax”ın taleyi praktiki olaraq həll olunub”
Dünya 22:53 17.07.2023

Telegram kanalı: “Görünür, “Artsax”ın taleyi praktiki olaraq həll olunub”

Qondarma "Artsax prezidenti”nin müşaviri və keçmiş xarici işlər naziri David Babayan Avropa Şurasının rəhbəri Çarlz Mişelin Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı bəyanatını tənqid edib. Onun fikrincə, Avropa İttifaqı geosiyasət naminə Qarabağ ermənilərinin maraqlarını təslim etmək qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Zapiski na zabore” Telegram kanalı yazıb.

Xüsusilə Mişelin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması və Bakının Xankəndiyə humanitar yardımın Laçın dəhlizi ilə deyil, Ağdam vasitəsilə çatdırılması təklifi ilə razılaşması Babayanın xoşuna gəlməyib. Eyni zamanda, Qarabağ ermənilərinin nümayəndəsi beynəlxalq tərəfdaşlardan asılılığını gördüyü üçün prinsip etibarilə Mişelə yaxın fikirlərə sadiq qalan İrəvandan çox da incimir.

Göründüyü kimi, "Artsax”ın taleyi praktiki olaraq həll olunub - o, Azərbaycanda qalacaq. Yalnız əhali ilə nə etmək məsələsi həll olunur: insanların təhlükəsizliyinə kim, necə və harada təminat verəcək. Öz növbəsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması artıq "Stepanakert”in taleyindən asılı deyil. Orada əsas büdrəmə Zəngəzur dəhlizi və Ermənistanın işğal olunmuş əraziləridir, - Kanalda deyilir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->