Xəbər lenti

Teleradio proqramlarının yayım keyfiyyəti araşdırılır
Ölkə07:22 06.07.2013

Teleradio proqramlarının yayım keyfiyyəti araşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan ərazisində TV və FM proqramlarının yayım vəziyyətinin araşdırılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri tərəfindən ölkənin şimal bölgələrində növbəti radiomonitorinqlər keçirilir.

İşlər Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının ərazisində aparılır. Bu məqsədlə həmin bölgələrə DRİ-nin mütəxəssisləri ezam olunublar. Radiomonitorinq müddətində qeyd olunan rayonlar üzrə respublika ərazisində yayımlanan TV və FM proqramlarının yayım vəziyyəti araşdırılacaq, elektromaqnit sahə gərginliyi ölçüləcək.

Qaynar.info