Xəbər lenti

Ten Haqdan
İdman 15:13 31.07.2023

Ten Haqdan "Mançester Yunayted"ə şəpik qadağası

Hollandiyalı baş məşqçi Erik ten Haq yeni mövsümöncəsi "Mançester Yunayted"də intizamı qorumaq üçün bir sıra adımlar atır. 

Qaynarinfo-nun məlumatına görə, ABŞ-da yeni mövsümə hazırlıqlarını davam etdirən Mançester komandasının baş məşqçisi qaydaları sərtləşdirir. Komandada intizamı təmin etmək istəyən niderlandlı mütəxəssis düşərgədə maraqlı qadağalar qoyub.

"The Sun"da yer alan xəbərə görə, klub oyunçulara geyimləri ilə bağlı elektron məktub göndərir. Mesajlarda hətta corabların rənginə qədər detallar göstərilir. Ten Haq həmçinin komandada barmaq arasına keçən şəpik ("vetnamka") geyinməyi də qadağan edib. Yeni qaydalara görə, komanda səhər yeməyini də birlikdə yeməlidir. Eyni zamanda, diqqəti cəmləşdirməyi, futbola köklənməni təşviq etmək üçün nahar masasında və ya komandadaxili iclaslarda mobil telefonlardan istifadəyə icazə verilmir. Digər tərəfdən, psixoloqlar və diyetoloqlar da Amerikada komandanın yanında yer alıb.

ABŞ-da təlim-məşq toplanışında olan "Mançester Yunayted” indiyədək üç yoldaşlıq oyunu keçirib. "Arsenal”ı 2:0 hesabı ilə məğlub edən mançesterlilər "Reksem”ə 1:3, "Real"a 0:2 məğlub olub. Premyer Liqa nəhəngi bu axşam Dortmund "Borussiya"sı ilə matçdan sonra ABŞ toplanışını başa vuracaq. Komanda mövsümöncəsi son yoldaşlıq görüşündə bazar günü İrlandiyada "Atletik"lə (İspaniya) ilə qarşılaşacaq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->