Xəbər lenti

“Tənzilə xanım namizəd olsa, mən seçkilərdə iştirak etməyəcəyəm”
Siyasət 10:07 12.06.2024

“Tənzilə xanım namizəd olsa, mən seçkilərdə iştirak etməyəcəyəm”

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı 70 yaşını geridə qoysa da, bu il keçiriləcək parlament seçkilərində iştirak etmək haqda düşünür.

Qaynarinfo xəbər verir ki, bu barədə onun özü Modern.az-a müsahibəsində deyib.

S. Rüstəmxanlı həyat yoldaşı, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının da namizəd ola biləcəyini istisna etməyib. Xalq şairi bildirib ki, bu məsələ ilə bağlı ailədə ortaq qərar qəbul ediləcək:

"Tənzilə xanım da partiyanın üzvüdür. O, partiyamızda həm Türk dünyası ilə əlaqələr üzrə məsuldur, həm də Qərbi Azərbaycan İcmasının fəallarından biridir. Həm bu icmanın, həm də partiyanın, eləcə də özünün istəyi nəzərə alınacaq. Bir ailədən bir nəfər namizəd ola bilər. Mən namizəd olsam, Tənzilə xanım, o namizəd olsa, mən seçkilərdə iştirak etməyəcəyəm. Onunla aramızda olan söhbəti burada açmaq istəmirəm. Təbii ki, aramızda danışacağıq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->