Xəbər lenti

“Tərəqqi”, “Vətən uğrunda”, “Polis veteranı” medalları dəyişdirilir -FOTOLAR
Ölkə09:45 20.09.2013

“Tərəqqi”, “Vətən uğrunda”, “Polis veteranı” medalları dəyişdirilir -FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın “Tərəqqi”, “Vətən uğrunda”, “Polis veteranı” və “Dövlət qulluğunda fərqlənməyə görə” medallarının təsvirləri və ölçüləri tamamilə dəyişdirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Vətən uğrunda” medalının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılacaq.

Layihələrə əsasən, ordenlərin bütün təsvirlərində və ölçülərində dəyişikliklər edilir, eyni zamanda yeni əlavə lövhələr, simvollar bərkidilir. Təsvirlərdə yeniliklər olacaq. Medallarda nömrə ilə yanaşı, seriyaları da yer alacaq. Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub və bu sessiya müzakirəyə çıxarılacaq.

Qaynar.info