Xəbər lenti

Terrorçular bu dəfə polis və jandarm binalarına basqın etdi - Türkiyədə
Ölkə06:56 15.05.2016

Terrorçular bu dəfə polis və jandarm binalarına basqın etdi - Türkiyədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 15-nə keçən gecə Türkiyənin Şırnak vilayətində PKK terrorçuları bir neçə ünana eyni zamanda hücum təşkil edib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, vilayətin polis idarəsinə, jandarma bölməsinə, hərbçi və polislərin cəmləşdiyi məktəblərə və qonaq evinə raket və atıcı silahlarla hücum olub. Təhlükəsizlik qüvvələrinin dərhal reaksiya verməsi ilə atışma başlayıb.

İlkin məlumata görə, atışma zamanı 6 polis yaralanıb. 2 terrorçu isə öldürülüb.

Şırnakda hazırda küçə döyüşləri davam edir.

Qaynarinfo.az