Xəbər lenti

Tərtər RİH geyim şirkətinə yol təmiri tenderi verdi
Ekonomiks08:07 23.07.2022

Tərtər RİH geyim şirkətinə yol təmiri tenderi verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərtər Rayon İcra Hakimiyyəti yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Koneks Construction” MMC-dir. İcra hakimiyyəti görüləcək işlərin müqabilində şirkətə 428 860.26 AZN ödəyəcəck.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. 
Şirkətin bundan əvvəlki qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğlu olub. 2021-ci ildə MMC-nin reyestr məlumatlarına dəyişiklik edilib. Güman ki, bu dəyişikliklə qanuni təmsilçi də dəyişib.
"Koneks Contruction” MMC-nin 3 ildir fəaliyyət göstərməsinə baxmayaraq, haqqında hər hansı məlumat yoxdur. Mehdi Fərzəliyev barəsində də heç bir məlumata rast gəlinmir. 
Mediada şirkətin şübhəli tenderlərdə iştirakı barədə çoxsaylı materiallar yer alıb. 
"Koneks Contruction” MMC-nin qalib olduğu tenderlərə diqqət etdikdə şirkətin əsasən geyim satdığı məlum olur. Yəni, MMC inşaat sahəsində ixtisaslaşmayıb. Bu baxımdan, Tərtər Rayon İcra Hakimiyyətinin geyim satan şirkətlə yolların təmir olunması ilə bağlı müqavilə bağlaması müəyyən şübhələrə yol açır. 
"Koneks Contruction” MMC-ni vergi borcu da var. Şirkətin bu günə olan vergi borcu 122 829.53 AZN-dir. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağn edir.
Seyid