Xəbər lenti

Teylor Svift təqib edən şəxs həbs olundu
Maqazin 16:38 22.01.2024

Teylor Svift təqib edən şəxs həbs olundu

Nyu-Yorkda müğənni Teylor Svifti təqib edən şəxs həbs edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six" Nyu-York polisinə istinadən məlumat yayıb.

Həmin şəxs ulduzun mənzilinə soxulmağa cəhd edib. Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarına kişinin davranışından narahat olan sayıq vətəndaş müraciət edib.

"Mən onu ilk dəfə günorta saat birdə gördüm, o, Teylorun qapısına doğru gedirdi. Deyəsən, nə qapını döyüb, nə də zəng edib", deyə şahid bildirib.

İki hadisə şahidi nəşrlə söhbətində bildirib ki, həmin Svifti təxminən bir ay gözləyib - o, evin pilləkənlərində yatıb, daim siqaret çəkib, qışqırıb və yerli sakinlərə digər narahatlıqlar yaradıb. 

Həmin şəxsin kimliyi açıqlanmayıb.

Qeyd edək ki, iyul ayında ulduzun Rod-Aylenddəki (ABŞ) mülkünə girmiş başqa bir şəxs həbs edilib. Polis 54 yaşlı Kimberli Meyeri ulduzun evinin önündə saxlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->