Teylor Sviftin iti Trevis Kelzi ilə birlikdə "Tommy Hilfiger" brendinin reklam çəkilişində iştirak edib.
Qayanrinfo xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Ağ rəngli samoyed iti ev şəraitində idmançı Trevis Kelzi ilə birlikdə kamera qarşısına keçib. Kelzi çəkiliş zamanı cins şalvar və boz kapüşonlu köynək geyinib.
İyulun 4-də Teylor Svift Trevis Kelzi ilə evlənib. Toya təxminən 1 000 qonaq dəvət olunub. Onların arasında Kelzinin çıxış etdiyi NFL-in "Kansas City Chiefs" komandasının demək olar ki, bütün heyəti, həmçinin Hyu Qrant, Selena Qomez, Zoi Kravitz, Benson Bun, Dakota Conson, Maren Morris, Ed Şiran həyat yoldaşı Çerri Siborn ilə birlikdə, Karli Kloss və digər məşhurlar olub.
Mərasimdən sonra Teylor Svift toyda qonaqlara hədiyyələr paylamasına görə tənqid edilib. Teylor Svift və sevgilisi Trevis Kelzi qonaqları üçün bahalı hədiyyələr, o cümlədən "Chanel" çantaları, "Cartier" zərgərlik brendinin saatları və avtomobil hazırlayıblar.
Aydın
Şərhlər