Xəbər lenti

Teymur Rəcəbov Karyakini təəccübləndirdi
İdman10:49 21.04.2014

Teymur Rəcəbov Karyakini təəccübləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Teymur fransız müdafiəylə məni təəccübləndirdi. Bir qədər üstünlük əldə etdim və sonradan heç-heçəylə nəticələnəcək şərait yarandı".

Anspress-in məlumatına görə, bunu Rusiya təmsilçisi Sergey Karyakin "Shamkir Chess 2014" turnirində Teymur Rəcəbovla heç-heçəylə başa çatan partiyadan sonra ilk tur haqda fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, bu ardıcıl 3-cü turniridir. Bir qədər yorğunluq hiss olunur. "Turnirdə mübarizəni hiss etmək hələlik çətindir. İlk turdan sonra Maqnus Karlsenin lider olması normaldır".

Karyakin adətən digər rəqiblərimin partiyasıyla maraqlanmadığını qeyd edib. "Ona görə əsas diqqəti öz oyunuma yönəldirəm".

Qaynar.info