Xəbər lenti

Təyyarə qəzasında həlak olan azərbaycanlının nəşi ölkəyə gətirildi
Ölkə12:06 11.03.2022

Təyyarə qəzasında həlak olan azərbaycanlının nəşi ölkəyə gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində həlak olan 40 yaşlı Azərbaycan vətəndaşı Müşfiq İbrahimovun nəşi ölkəyə gətirilib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, M.İbrahimov bu gün Quba qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölüb.
Rusiya mətbuatının yazdığına görə, qəza zamanı iki nəfər həlak olub.
M.İbrahimov əslən Quba rayonundandır. Ailəli olub, 3 övladı var.