XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Təyyarələr Sakit okean üzərindən niyə uçmur? - Bir narahatedici səbəbi var
Dünya17:19 14.08.2026

Təyyarələr Sakit okean üzərindən niyə uçmur? - Bir narahatedici səbəbi var

Dünyanın ən uzun uçuşlarından biri olan Nyu-York–Manila reysi xəritədə göründüyü kimi Sakit okean üzərindən ən qısa marşrutla həyata keçirilmir. Təyyarə bunun əvəzinə Şimal qütbü üzərindən uçur.

Qaynarinfo xəbər verir ki, təyyarələrin Sakit okean üzərindən uçuşlardan yayınmasının səbəblərini “Islands” saytı açıqlayıb.

Əsas səbəblərdən biri Yer kürəsinin əyriliyidir. Bu səbəbdən Sakit okean üzərindən uçuş xəritədə göründüyü qədər qısa olmaya bilər. Lakin daha narahatedici səbəb də var. Okean üzərindəki hava şəraiti, eləcə də fövqəladə vəziyyət zamanı yanacaq doldurma və ya eniş üçün uyğun məntəqələrə olan böyük məsafə belə uzun uçuşları riskli edə bilər.

Bu, Sakit okean üzərindən ümumiyyətlə uçuşların olmadığı anlamına gəlmir. Məsələn, ABŞ-dan Qərbi Avstraliyanın kurort şəhəri Pertə uçan təyyarələr bu marşrutdan istifadə edir. Lakin bu, ümumi qaydadan daha çox istisna sayılır.

Adətən təyyarələr sahil ərazilərindəki hava limanlarından bir neçə saatlıq uçuş məsafəsindən kənara çıxmamağa çalışırlar. Marşrutlar da elə planlaşdırılır ki, təyyarə mümkün qədər çox hava limanının üzərindən və ya onların yaxınlığından keçsin.

Belə olduqda məcburi qəza enişinin okeanın ortasına enişlə müqayisədə daha təhlükəsiz olması mümkündür. Hətta təyyarə okeana uğurla eniş edə bilsə belə, açıq Sakit okeanda bütün ekipaj və sərnişinlər üçün genişmiqyaslı xilasetmə əməliyyatının təşkil edilməsi kifayət qədər çətin olacaq.

Açıq okean üzərində uçuş zamanı yanacaq doldurmaq imkanı da yoxdur. Aviaşirkətlər müxtəlif marşrutlar üçün nə qədər yanacaq tələb olunduğunu dəqiq hesablayır və təyyarələrdə fövqəladə hallar üçün əlavə yanacaq ehtiyatı da olur. Buna görə təyyarənin Sakit okeanın ortasında yanacaqsız qalması son dərəcə az ehtimal olunan haldır. Bununla belə, təyyarələrin birbaşa okeanın üzərindən uçmaması aviaşirkətlərə belə risklərin qarşısını almağa imkan verir.

Bir neçə saat qurşağını keçərkən sərnişinlər “jetlaq”la qarşılaşa bilərlər. Bu, orqanizmin bioloji ritminin pozulmasıdır. Mütəxəssislər bununla mübarizəyə səfərdən əvvəl başlamağı və orqanizmi tədricən yeni vaxt qurşağına uyğunlaşdırmağı tövsiyə edirlər. Melatonin bu prosesdə kömək edə bilər, qəhvə və həddindən artıq spirt qəbulu isə əksinə, vəziyyəti yaxşılaşdırmaya bilər.

Aydın