Xəbər lenti

Dünya 16:37 04.12.2024

"The Guardian" qəzetinin jurnalistləri son 50 ildə ilk dəfə tətil edəcək

Böyük Britaniyada "The Guardian" və onun bazar günü versiyası olan "The Observer" jurnalistləri "The Observer"in mümkün satışına görə tətil edirlər. Hər iki nəşr indi "Guardian Media Group"a məxsusdur. 

Qaynarinfo xəbər verir ki, sentyabr ayında "The Observer"in keçmiş "Times" redaktoru və BBC direktoru Ceyms Hardinq tərəfindən idarə olunan "Tortoise Media"ya satılacağı ilə bağlı şayiələr yayılıb.

Hardinq nəinki hər bazar günü "The Observer"in çap versiyasını dərc etməyə davam edəcəyini, həm də nəşri podkastlar, xəbər bülletenləri və onlayn yayımlarla tamamlayacağını vəd edib. Bununla belə, qəzetin əməkdaşlarına ya öz istəkləri ilə işdən çıxıb, mükafatlar almaq, ya da iş şəraitini saxlamaqla "Tortoise Media"nın rəhbərliyi altında işləməyə davam etmək təklif edilib.

Bu, "The Guardian"ın yarım əsrdə ilk tətilidir. Jurnalistlər iki gün - dekabrın 4 və 5-də tətil etmək niyyətindədirlər. Tətil tarixləri "The Observer" jurnalının ilk nömrəsinin nəşrinin 233-cü ildönümünə təsadüf edib.

Media şirkətinin rəhbərliyi bildirib ki, onlar jurnalistlər birliyi üzvlərinin öz mövqelərini bildirmək istəyinə hörmətlə yanaşırlar, lakin tətilin ən yaxşı həll yolu olduğuna inanmırlar: "Tətil o deməkdir ki, oxucular çərşənbə və cümə axşamı günü "The Guardian"ın veb-saytı ilə cümə axşamı və cümə günü çap olunan nəşri arasında bəzi fərqləri görə bilər".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->