Xəbər lenti

Tibb bacısı və müəllim olmaq istədilər, dələduzluqla üzləşdilər
Ölkə 19:11 27.10.2025

Tibb bacısı və müəllim olmaq istədilər, dələduzluqla üzləşdilər

İşə düzəltmə adı altında daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb. 

Qaynarinfo xəbər verir ki, Siyəzən Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq – təkrara törədildikdə) və 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə edilən Tofiq adlı şəxsə 3 il müddətinə azadlığın məhdudlaşıdırlması cəzası təyin edilib. 

Onun məhkəməyədək tutulduğu 3 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 8 ay 28 gün müddətinə azadlığın məhdudlaşıdırılması cəzası saxlanılıb. 

İş materiallarından aydın olur ki, Tofiq A.Fətullayevanı Müdafiə Nazirliyinin Baş Kilinik Hərbi Hospitalına tibb bacısı vəzifəsinə təyin etdirəcəyini, Ə.Qasımovun hərbi xidmət yerini dəyişəcəyini, P.Qasımovanı 286 nömrəli tam orta məktəbə müəllim vəzifəsinə düzəldəcəyini, başqa bir şəxsi isə hərbi qulluqçu kimi işinə bərpa etdirəcəyini vəd edib. Bunun müqabilində həmin şəxslərdə müvafiq olaraq 4000, 7000, 4000 və 1200 manat pul alıb. Sonradan onun vətəndaşları aldatdığı məlub olub. 

Tofiq məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.   

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->