Xəbər lenti

Tiflisdə həbsdə olan N!DA-çılara dəstək aksiyası - FOTOLAR
Siyasət07:07 11.05.2014

Tiflisdə həbsdə olan N!DA-çılara dəstək aksiyası - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın paytaxtı Tiblisidə həbsdə olan N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvülərinə dəstək aksiyası keçrilib.

Qaynar.info saytı xəbər verir ki, aksiyanı "Gənc Yaşıllar" Hərəkatı təşkil edib. Aksiya Tiflisin mərkəzində yerləşən Heydər Əliyev parkında baş tutub. Aksiyaya çıxan gənclər əllərində həbsdə olan gənclərin şəkillərini və "Şərlənən gənclik", "Azadet", "Freedom" yazılmış plakatlarla çıxıblar.

Aksiya bir saata yaxın davam edib. Hərəkatın mətbuat xidmətindən verilən məlumatda isə qeyd edilir ki, aksiyaya Azərbaycanın Gürcüstandalı səfirliyi və SOCAR-ın əməkdaşları tərəfindən müdaxilə olunub.

Xatırladaq ki, Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi 8 NİDA-çı barədə hökm çıxarıb. Gənclərə 6 ildən 8 ilədək həbs cəzası verilib.

NİDA-çılar ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar. Gənclər ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı həbsdə olan gəncləri vicdan məhbusu elan edib. 

Elkin Xəlilov

Qaynar.info