Xəbər lenti

Tilkinin Bakıda verdiyi konsertdən qazancı bəlli oldu
Maqazin15:42 15.01.2017

Tilkinin Bakıda verdiyi konsertdən qazancı bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyəli müğənni Aleyna Tilkinin yeni il gecəsi Bakıda verdiyi konsertdən qazandığı gəlir məlum olub.

“Qafqazinfo”nun “Sozcu.com.tr”ə istinadən verdiyi məlumata görə, 16 yaşlı sənətçi paytaxtda baş tutan konsertdə 1 saatlıq çıxışına görə 50 min TL (təxminən 25 min AZN) əldə edib.

Qeyd edək ki, “Yetenek Sizsiniz Türkiye” yarışması ilə şöhrət qazanan Aleyna Tilkinin yaşına görə gecə klublarında çıxışına İstanbul Valiliyi tərəfindən qadağa qoyulub. Buna görə də o, 18 yaşına qədər karyerasından daha çox təhsilinə üstünlük verməyə başlayıb.

“Cevapsız çınlama” mahnısı ilə 2016-cı ildə Türkiyənin gündəminə düşən Aleyna son 5 ay ərzində qazandığı pulla valideynlərinə 750 min lirə dəyərində ev alıb.

Qaynarinfo.Az