Azərbaycanlı qarışıq döyüş (MMA) ustası Tofiq Musayev ABŞ-ın "Bellator” şirkətilə müqavilə imzalayıb.
Bu barədə mmm.az məlumat yayıb.
Razılaşmaya əsasən, idmançı 18 ay ərzində 4 döyüş keçirəcək.
Qeyd edək ki, "Bellator” MMA sahəsində dünyanın ikinci ən böyük şirkətidir.