Xəbər lenti

Tofiq Yaqublunun Avropa Məhkəməsinə şikayəti qəbul olundu
Siyasət08:02 07.05.2014

Tofiq Yaqublunun Avropa Məhkəməsinə şikayəti qəbul olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

 Həbsdə olan Müsavat başqanının müavini Tofiq Yaqublunun 2012-ci ilin may ayında iki dəfə tutulmasından şikayət üzrə Avropa İnsan Hüquqları Məhkəməsi ilə Azərbaycan hökuməti arasında kommunikasiya başlayıb.

Vəkil Akif Əlizadə “Media forum” saytına belə deyib.

Akif Əlizadənin sözlərinə görə, Tofiq Yaqublu 24 may 2012-ci ildə Bakıda tutularaq əsassız yerə 20 manat cərimələnib, iş üzrə apellyasiya şikayəti təmin edilməyib. 25 may 2012-ci ildə Tofiq Yaqublu yenə Bakıda tutulub, qanunsuz olaraq 19 saatdan artıq polisdə saxlanıb və 20 manat məbləğində cərimə edilib. Bu iş üzrə də apellyasiya şikayəti təmin olunmayıb.

Tofiq Yaqublu bu iki işdən Avropa Məhkəməsinə şikayət edib və göstərib ki, Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 6, 13 və 14-cü maddələrinin pozuntusunun qurbanıdır.

4 may 2014-cü ildə Avropa Məhkəməsindən vəkil Akif Əlizadəyə məktub göndərilərək məlumat verilib ki, məhkəmə Tofiq Yaqublunun şikayətini qəbul edən sayıb, verilmiş sualları cavablandırmaq üçün Azərbaycan hökumətinə 29 iyul 2014-cü ilə qədər vaxt verib.

Qaynar.info