Xəbər lenti

Tofiq Yaqubluya göndərilən kitab müsadirə olunub
Ekonomiks14:05 18.02.2015

Tofiq Yaqubluya göndərilən kitab müsadirə olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"İsmayıllı işi"nə görə təqsirləndirilərək həbs edilən və məhkəmə tərəfindən 5 il cəza alan Tfiq Yaqubluya göndərilən kitab müsadirə olunub. 

Bu barədə Musavat.com-a siyasi məhbusun qızı Nigar Yaqublu məlumat verib. 

Onun szölərinə görə, atasına göndərilən kitab "Yeni Müsavat"ın əməkdaşı Xalid Kazımlının "Mexiko ochenta u seis" adlı hekayələr kitabı olub. Müəllifin imzasıyla 13 saylı cəzaçəkmə müəssisəinə göndərilən kitab cəzaçəkmə müəssisənin yetkili şəxsləri tərəfindən götürülüb və T.Yaqubluya çatdırılmayacağı bildirilib.

Kitabın nəyə görə "qara siyahı"ya salınmasının səbəbləri barədə məlumat verilməyib.

Kitab müəllifi X.Kazımlı bildirib ki, həmin kitabda bədii hekayələr toplanıb və onların içində məhkumlara yönəlik heç bir çağırış yoxdur: "Adi satirik və memuar xarakterli hekayələrdir, bir çoxu kulis.az saytında dərc olunub. Ancaq onu da deyim ki, bundan əvvəl "Qanun" nəşriyyatının məhbəslərə payladığı kitabların arasında olan ilk kitabım - "X günü" də sonradan bircə-bircə məhkumlardan toplanmışdı. Birinci kitabın cəzaçəkmə müəssisələrində qadağan olunmasının səbəbləri özümə bəlli olsa da, ikinci kitaba qarşı niyə belə ediblər, bilmirəm. Anlaşılan bir iş deyil".

Qaynar.info