Xəbər lenti

Tofiq Zülfüqarov Zelenskinin Azərbaycan və Türkiyəyə təklifini dəyərləndirdi
Siyasət13:15 16.12.2021

Tofiq Zülfüqarov Zelenskinin Azərbaycan və Türkiyəyə təklifini dəyərləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Məşvərət formasında belə bir üçlüyün yaranması vacib təşəbbüsdür və Bakı orada təmsil olunmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna, Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyilə əlaqədar gələn ilin fevralında Kiyevdə 3 dövlətin liderinin iştirakı ilə sammitin keçirilməsi təklifinə münasibət bildirərkən deyib:
"Öncə onu qeyd edək ki, həm Türkiyə, həm də Azərbaycanın Ukrayna ilə müxtəlif sahələrə aid geniş ikitərəfli münasibətləri mövcuddur. Bu baxımdan sözügedən sammit təklifi vacib təşəbbüsdür”. 
Həmsöhbətimizə görə, bu təklifin reallaşması üç ölkə arasında əlaqələrin daha da inkişafına gətirib çıxaracaq:
"Əsas məsələ odur ki, Azərbaycan və Türkiyə Ukrayna ilə münasibət quranda ikitərəfli xeyrə hesablanmış münasibətləri nəzərdə tuturlar. Kiməsə qarşı yönəldilən bu və ya digər mövzular isə təbii ki, yolverilməzdir. Azərbaycan, Türkiyə, hətta Ukrayna da istəməz ki, proses bu şəkildə formalaşsın. Zelenskinin təşəbbüsü normaldır və Azərbaycan da onu qəbul etsə, yaxşı olar”.
Rüfət Sultan