Xəbər lenti

Tokio-2020: Özünün 3-cü, Azərbaycanın 12-ci qızıl medalını qazandı
İdman10:02 03.09.2021

Tokio-2020: Özünün 3-cü, Azərbaycanın 12-ci qızıl medalını qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.
Qaynarinfo xəbər verir ki, Roman Saley üzgüçülük yarışlarında özünün üçüncü mükafatını əldə edib.
Milliləşən legioner 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənib. O, 57,81 saniyə göstərici ilə birinci yeri tutub. Bunadək brass və sərbəst üsulla 100 m üzməkdə çempion adını qazanan Saley aktivinə 3-cü qızıl medalı yazdırıb.
Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medal sayı 17-yə çatıb. Bunlardan 12-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.