Xəbər lenti

Tolik əkizlərdən ayrıldı: "Çoxdan bu addımı atmaq istəyirdim"
Maqazin15:44 25.03.2017

Tolik əkizlərdən ayrıldı: "Çoxdan bu addımı atmaq istəyirdim"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prodüser Tolik əkiz Sevil Sevinc bacıları ilə işbirliyinə son qoyub.

"Qaynar" musavat.com-a istinadən xəbər verir ki, prodüser bu haqda sosial şəbəkədə məlumat yayıb:

"Bu gün gəlib çatdı... Sevil və Sevinclə 1 ildən çox çalışdıq və ikitərəfli qərarla işbirliyimizə son qoyduq. Biz yenə danışacağıq, görüşəcəyik, çünki ən azından qonşuyuq. İşlədiyimiz müddətdə işlərimiz olub, məncə, pis də alınmayıb. Amma bəzi məqamlar var ki, onlara da, mənə də seçim haqqı verilib. Çoxdan bu addımı atmaq istəyirdim. Bəzi şeylər qarşımı alırdı. Şükür ki, qızlarım da bunu anladılar".

Qaynar.Az